Dəlikdağ — Ordubad rayonu ərazisində dağ (hünd. 1782,2 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Yağlıdərə yüksəkliyindən (3825,9 m) cənub-qərbə ayrılan Girdəni qolunun qərb istiqamətli Yoxuş şaxəsində zirvə. Düylünçayın sol sahilində, Üstüpündən 1,5 km şimal-şərqdədir. Alt Eosenin İpr mərtəbəsi nin üst hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, cənub və şimal yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının şimal-şərq qanadında yerləşir.[1]
Dəlikdağ | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1782 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
DƏLİKDAŞ DAĞI – Ordubad rayonu ərazisində Dəlikdağın yerli əhali arasında işlədilən başqa adı.