Qızılvəng dağı – Babək rayonu ərazisində dağ (hünd. 957,8 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərq qurtaracağındakı Nehrəm platosunun cənub-qərb kənarında zirvə. Araz çayının sol sahilində, Nehrəm kəndindən 4,8 km cənub-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinin aşağı hissəsinə aid Alt Dərəlik yarımlay dəstəsinin konqlomeratlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cavan çöküntüləri ilə örtülmüş Culfa qalxımının şimal-şərq qanadında yerləşir.
Qızılvəng dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 957,8 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
QIZILBURUN DAĞI – Babək rayonu ərazisində Qızılvəng dağının əhali arasında işlədilən başqa adı.[1]