Cəlilkəhriz dağı – Babək rayonu ərazisində dağ (hünd. 984,5 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərqində, Nəcəfəlidizə kəndindən 1,8 km cənub-qərbdədir. Üst Pleystosenin allüvial-prolüvial çöküntülərdən təşkil olunmuş alçaq və yastı təpəlikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında yerləşir.[1]
Cəlilkəhriz dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 984,5 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |