Şahqaraş dağı — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində dağ (hünd.1430,6 m). Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsindən şimal istiqamətində ayrılan şaxənin suayırıcısında zirvə. Qızılca kəndindən 7 km-dək cənub-şərqdədir. Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı, hamar təpəli yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikincidərəcəli Pilələr sinklinalının şərq qanadında yerləşir. Konusvarı formadadır. Cənub yamacı sıldırımdır.[1]
Şahqaraş dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1430,6 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |