Qaraarana dağı

Qaraarana dağı – Culfa rayonu ərazisində dağ (hünd. 896,2 m). Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin cənub-qərb istiqamətli Qarayoxuş qolunun  qurtaracağında, Culfa şəhərindən 3 km şimaldadır. Alt Miosenin Sakaraul regiomərtəbəsinə aid karbonat-çökmə süxurlarından təşkil olunmuş yastı təpəli yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş cənub-qərb qanadını mürəkkəbləşdirən ikincidərəcəli Ərəzin sinklinalının maili cənub-qərb qanadında yerləşir.[1]

Qaraarana dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 896,2 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Həmçinin bax:

[redaktə | mənbəni redaktə et]
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.