Ağsal dağı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ağsal dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1928 m
Yerləşməsi
39°40′29″ şm. e. 45°09′42″ ş. u.
Ölkə  Azərbaycan
Rayon
Ağsal dağı xəritədə
Ağsal dağı
Ağsal dağı

Ağsal dağıŞərur rayonunu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli eyniadlı şaxəsində, Arpaçay su anbarının sol sahil yamacında, Mehridərəsi və Şahbulaqdərə çaylarının suayrıcında, Şahbulaq kəndindən 2 km şimal-şimal-şərqdə dağ (hünd. 1928,0 m). Zirvəsi Orta Eosen yaşlı Dərəlik lay dəstəsinin çökmə, yamacları Üst Tabaşirin Gərməçataq lay dəstəsinin terrigen-karbonat süxurlarından təşkil olunmuş günbəzvari sıldırım yamaclı yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən eyniadli sinklinalın nüvə hissəsində yerləşir. Şimal-şərq və cənub-qərb yamaclarında şimal-qərb istiqamətli qırılmalar izlənilir.[1]

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.

Həmçinin bax