Ardıc dağı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ardıc dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 2034 m
Yerləşməsi
39°44′26″ şm. e. 45°04′03″ ş. u.
Ölkə  Azərbaycan
Rayon
Ardıc dağı xəritədə
Ardıc dağı
Ardıc dağı

Ardıc dağıŞərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun eyniadlı şaxəsində, Bağırsaqdərəsi çayının yuxarılarının sol sahilində, Günnüt kəndindən 4 km cənub-şərqdə dağ (hünd. 2034,4 m). Üst Permə aid Dəvəölən, Bəysal və Axura lay dəstələrinin əhəngdaşıları və qısmən şistləşmiş gillərindən təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-qərbində müşahidə edilən eyniadlı sinklinal qırışığın nüvə hissəsində yerləşir. Zirvə və yamaclarında şimal-qərb və şimal-şərq istiqamətli çoxsaylı fay və fay-yerdəyişmə qırılmaları izlənilir.[1]

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.

Həmçinin bax