Dolanan dağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Dolanan dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1660,3 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

DolananŞərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli Ağsal şaxəsində, Arpaçay su anbarının sol sahil yamacında, Şahbulaq kəndindən 3 km şimalda dağ (hünd. 1660,3 m). Üst Permin Murqab regiomərtəbəsinə aid Şahbulaq lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş sıldırım yamaclı, konusvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Qızılqaya-Dolanan sinklinalının nüvə hissəsində yerləşir. Zirvəsindən submeridional istiqamətli fay qırılması keçir. Yamaclarında şimal-şərq və şimal-qərbə uzanan qırılmalar müşahidə olunur.[1]

Yerli əhali bəzən dağı Dolanay dağı adlandırır.

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.

Həmçinin bax