Qaraqaya dağı (Şərur)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qaraqaya dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1490,0 m
Yerləşməsi
39°41′54″ şm. e. 45°08′20″ ş. u.
Ölkə  Azərbaycan
Rayon
Qaraqaya dağı xəritədə
Qaraqaya dağı
Qaraqaya dağı

Qaraqaya dağıŞərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli Ağsal şaxəsinin qurtaracağında dağ (hünd. 1490,0 m). Zirvəsi Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin terrigen-çökmə, yamacları isə Üst Tabaşirin Kampan mərtəbəsinə uyğun gələn Gərməçataq lay dəstəsinin terrigen-karbonat süxurlarından təşkil olunmuş konusvari sıldırım yamaclı yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Ağsal sinklinalının nüvə hissəsində yerləşir. Şimal-şərq və cənub-qərb yamaclarında şimal-qərb istiqamətli fai qırılmaları izlənilir.[1]

Tarixi

2018-ci ilin may ayında Azərbaycan Ordusunun xüsusi təyinatlılarının əks hücumu nəticəsində dağ tam olaraq Azərbaycan Ordusunun nəzarətinə keşmişdir[2]. Dağın şimal ətəklərində yerləşən iki erməni postu nəzarətə götürülmüşdür.

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
  2. "Naxçıvanda 11 min hektardan artıq ərazi və Şərurun Günnüt kəndi düşməndən azad edildi". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-29.

Həmçinin bax