Sarıdağ (Şərur rayonu)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Sarıdağ
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1084,1 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

SarıdağŞərur rayonu ərazisində Dəmirçi kəndindən 2 km cənub-şərqdə, Vəlidağdan (1242,2 m) 5 km cənub-şərqdə, Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Şərur düzənliyinin şimal kənarında, Araz çayının sol sahilindəki Dəhnə-Vəlidağ tirəsinin eyniadlı cənub-şərq seqmentində dağ. Hündürlüyü 1084,1 m-dir. Zirvə hissəsi və cənub-şərq yamacları Orta Devonun Eyfel mərtəbəsinə aid Qurdqapısı lay dəstəsinin, şimal-qərb yamacları ondan yaşlı Danzik lay dəstəsinin əhəngdaşı, qumdaşı, kvarsit, şist və argillitlərindən təşkil olunmuş günbəzvarı yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında, Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında, cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ tirəsinin Sarıdağ seqmentində müşahidə edilən ikincidərəcəli Dəmirçi antiklinalının cənub-şərq qanadında yerləşir. Zirvə və yamaclarından şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılma pozulmaları keçir.[1]

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.

Həmçinin bax