Tənənəm dağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Tənənəm dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Dağ silsiləsi Dərələyəz silsiləsi[1]
Mütləq hündürlüyü 1603,0 m
Yerləşməsi
39°28′36″ şm. e. 45°05′52″ ş. u.
Ölkə  Azərbaycan
Rayon
Tənənəm dağı xəritədə
Tənənəm dağı
Tənənəm dağı

Tənənəm dağıŞərur rayonu ərazisində, Dərələyəz silsiləsindən qərbə ayrılan Rəmlər qolunun qurtaracağında, onun cənub-qərb yamacında, Üst Triasın Karni və Nori mərtəbələrinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəkslik (hünd. 1603,0 m). Тənənəm kəndindən 750 m şərqdədir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərq batımı sahəsində müşahidə edilən Biləvə-Qoçuludağ sinklinalının nüvə hissəsində yerləşir. Qərb və şərq yamaclarından submeridional istiqamətli əks-fay üstəgəlmə qırılmaları keçir.[2]

İstinadlar

  1. Հակոբյան Թ., Մելիք-Բախշյան Ս., Բարսեղյան Հ. Հայաստանի և հարակից շրջանների տեղանունների բառարան (erm.). Երևանի համալսարանի հրատարակչություն, 1986. C. 2. S. 408. 4696 s.
  2. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.

Həmçinin bax