Maparax

Vikipediya, azad ensiklopediya
White Demon (müzakirə | töhfələr) (Cat-a-lot: Moving from Category:Naxçıvan Muxtar Respublikasının dağları to Category:Ordubad rayonunun dağları) tərəfindən edilmiş 08:18, 5 avqust 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Maparax
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1105,9 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Vilayət

Maparax - Ordubad rayonu ərazisində dağ (hünd. 1105,9 m).  Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ  qolunun cənub istiqamətli Gəvək şaxəsinin qərb yamacında,  Qaradərə çayının aşağı axınında, onun sol sahilində zirvə. Dizə kəndindən 3 km şimal-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin orta hissəsinə aid Gilançay lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş, qərb və cənub yamacları  sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının  Paradaş seqmentinin cənub-qərb cinahına aid Qarakəmər sinklinalının geniş cənub-qərb qanadında yerləşir. [1]

Həmçinin bax:[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.