Çuxurludağ

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Çuxurludağ
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1011,0 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

ÇuxurludağBabək rayonu ərazisində dağ (hünd. 1011,0 m). Nehrəm platosunun cənub-qərb hissəsində, Nehrəm kəndindən 9,0 km cənub-şərqdədir. Üst Tabaşirin Alt Turon yarımmərtəbəsinə aid Noxuddağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, şimal-şərqcənub-qərb yamacları sıldırımlı, yastı təpəli yüksəklikdir.  Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Culfa seqmentini təşkil edən antiklinal qalxımın şimal-şərq qanadında yerləşir. Şimal-qərb yamacından şimal-şərq istiqamətli qırılma pozulması keçir.

KOTLOVAN DAĞI – Babək rayonu ərazisində Çuxurludağın yerli əhali arasında işlədilən başqa adı.[1]

Həmçinin bax

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.