Kotandağ

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kotandağ
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1089,8 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

KotandağBabək rayonu ərazisində dağ (hünd. 1089,8 m). Naxçıvan dağarası çökəkliyini şimal-şərqdən hüdudlandıran Qaracalal-Qızılboğaz tirəsinin cənub-qərb yamacında zirvə. Sirab kəndindən 1,6 km-dək cənub-cənub-şərqdədir. Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarını yarıb çıxan Alt Miosen yaşlı andezit-dasit tərkibli, cənub-qərb yamacı sıldırımlı eyniadlı ekstruziv günbəzdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının tağ hissəsində yerləşir. Cənub-qərb və şimal-şərq yamacılarndan şimal-qərb istiqamətli faylar keçir.[1]

Həmçinin bax:

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.