Pilələr dağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Pilələr dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1562,6 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Pilələr dağı – Culfa rayonu ərazisində dağ  (1562,6 m). Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin  cənub-şərq istiqamətli, eyniadlı qolunun  suayırıcısında zirvə. Üst Oliqosenin Xatt regiomərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir.  Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikincidərəcəli Pilələr sinklinalının nüvə hissəsində yerləşir. [1]

Həmçinin bax:

İstinadlar:

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.