Sarıdağ (Babək rayonu)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Sarıdağ
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1725 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

SarıdağNaxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində dağ. Vayxır kəndindən 4 km cənub-şərqdədir. Hündürlüyü 1725 m-dir. Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan Qarabaş ayrılmasının qurtaracağında, onun Quşqayası yüksəkliyindən (hünd. 1757,7 m) cənub-qərbə ayrılan eyniadlı tirənin ən yüksək zirvəsi. Vayxır kəndindən 4 km-dək şərq-çənub-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinin üst hissəsinə aid Alt Paradaş lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Ağqaya-Sarıdağ antiklinalının xırda qırışıqlarla mürəkkəbləşmiş şimal-şərq qanadında yerləşir. Qərb yamacından şimal-şərq istiqamətli fay-yerdəyişmə qırılması keçir.[1]

Həmçinin bax

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.