Tülkütəpə dağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Tülkütəpə dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 976,2 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Tülkütəpə dağıBabək rayonu ərazisində dağ (hünd. 976,2 m). Naxçıvan dağarası çökəkliyinin şimal-şərq cinahında, Qahab kəndindən 2,5 km cənubdadır. Orta Pleystosenin allüvial-prolüvial çöküntülərindən təşkil olunmuş alçaq və yastı təpədir. Cənub-şərq yamaclarında Orta Miosenin Karaqan regiomərtəbəsinə aid Payız lay dəstəsinin terrigen-çökmə süxurları açılır. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının geniş cənub-qərb qanadında yerləşir. [1]

Həmçinin bax:

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.