Uşaqlı dağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Uşaqlı dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1428,6 m
Yerləşməsi
39°09′54″ şm. e. 45°36′54″ ş. u.
Ölkə  Azərbaycan
Rayon
Uşaqlı dağı xəritədə
Uşaqlı dağı
Uşaqlı dağı

Uşaqlı dağıCulfa rayonu ərazisində dağ (hünd. 1428,6 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə uzanan Dibəkli qolunun  eyni istiqamətli Qırxlardağ şaxəsinin qurtaracağında, Qırxlardağdan cənub-qərbə istiqamətlənən Çaşırdağ ayrılmasında zirvə. Əlinсəçауın aşağı axınında, Bənənyar kəndindən 3,4 km şimal-qərbdədir. Alt Miosenin Tarxan mərtəbəsinin aşağı hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur, cənub-şərq yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Çaşırdağ sinklinalın cənub-qərb qanadında yerləşir.[1]

Həmçinin bax:

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.