Qabaqlıdağ

Vikipediya, azad ensiklopediya
White Demon (müzakirə | töhfələr) (Cat-a-lot: Moving from Category:Naxçıvan Muxtar Respublikasının dağları to Category:Culfa rayonunun dağları) tərəfindən edilmiş 22:13, 4 avqust 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Qabaqlıdağ
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 2239,3 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Qabaqlıdağ və ya Qavaxlıdağ[1]Culfa rayonu ərazisində dağ (hünd. 2239,3 m). Zəngəzur silsiləsinin suayırıcısından cənub-qərbə airılan eyniadlı qolda zirvə. Əlincəçayın yuxarı axınında, onun XəznədərəGədikçay qollarının suayırıcısında, Ərəfsə kəndindən 3 km şimal-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinin orta hissəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz  seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Dibəkli antiklinalının şimal-şərq qanadında yerləşir. Zirvə hissəsindən  və cənub-şərq yamacından şimal-şərq istiqamətli fay-yerdəyişmə qırılmaları keçir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 45. ISBN 5-8066-1468-9.