Qabaqlıdağ

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qabaqlıdağ
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 2239,3 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Qabaqlıdağ və ya Qavaxlıdağ[1]Culfa rayonu ərazisində dağ (hünd. 2239,3 m). Zəngəzur silsiləsinin suayırıcısından cənub-qərbə airılan eyniadlı qolda zirvə. Əlincəçayın yuxarı axınında, onun XəznədərəGədikçay qollarının suayırıcısında, Ərəfsə kəndindən 3 km şimal-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinin orta hissəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz  seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Dibəkli antiklinalının şimal-şərq qanadında yerləşir. Zirvə hissəsindən  və cənub-şərq yamacından şimal-şərq istiqamətli fay-yerdəyişmə qırılmaları keçir.

Həmçinin bax

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 45. ISBN 5-8066-1468-9.