Yəhərbağlı dağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yəhərbağlı dağ
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1929,4 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Yəhərbağlı dağıCulfaOrdubad rayonları sərhədində dağ (hünd. 1929,4 m). Zəngəzur silsiləsinin Dəmirlidağ-Göydağ qolundan cənub-qərbə ayrılan eyniadlı şaxənin suayırıcısında zirvə. Şurut kəndindən 4,0 km şimal-şimal-şərqdədir. Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş kəsik konus formalı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahında müşahidə edilən Ortakənd sinklinalının cənub-qərb qanadında yerləşir. Zirvə hissəsindən şimal-şərq istiqamətli fay-yerdəyişmə qırılmaları keçir.

YARPAQLI-Əhali arasında işlənən digər adı.[1]

Həmçinin bax

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.