Çaxmaqlı (dağ, Culfa)

Çaxmaqlı dağıCulfa rayonu ərazisində dağ (hünd. 1060,5 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan  Dəmirlidağ-Göydağ  qolunun uzaq cənub-qərb qurtaracağında, Qaradərə çayının adsız sağ qolunun sahilində, Ağlar silsiləsinin şimal ətəyində alçaq zirvə. Dizə kəndindən 7,3 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin terrigen çöküntülərindən təşkil olunmuş  yastı zirvəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid  Darıdağ-Aza qalxımının geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikincidərəcəli maili Toğluca antiklinalının cənub-qərb qanadında yerləşir.[1]

Çaxmaqlı dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1060,5 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Vilayət

Həmçinin bax:

[redaktə | mənbəni redaktə et]
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.