Çaxmaqlıdağ – Ordubad rayonu ərazisində dağ (hünd. 2018,6 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsində, Qaradərə-Gilançay suayırıcısında zirvə. Ələhi kəndindən 1 km-dək cənub-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin maili yatan vulkanogen-çökmə süxurlarından təşkil olunmuş kəsik konusa bənzər yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahında müşahidə edilən Başkənd antiklinalının tağ hissəsində yerləşir.[1]
Çaxmaqlıdağ | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 2018,6 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |