Kənizdağ

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kənizdağ
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 806 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Vilayət

KənizdağAzərbaycanın Babək rayonu ərazisində dağ. Nehrəm kəndindən 3 kim. cənub-qərbdə yerləşir (hünd. 806,5 m). Naxçıvan dağarası çökəkliyinin tərkib hissəsi olan Naxçıvan düzünün cənub-şərqində, Nehrəm kəndindən 4 km-dək cənub-qərbdə, Araz su qovşağı su anbarının şərq sahilindədir. Orta Miosenin Tarxan regiomərtəbəsinin üst yarımmərtəbəsinə aid Ərəzin lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş erozion-denudasion mənşəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb cinahında, onun Culfa qalxımı ilə təmas sahəsində yerləşir.[1]

Həmçinin bax

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.