Ləkətağ dağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ləkətağ dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 2673,1 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Ləkətağ dağı – Culfada dağ (hünd. 2673,1 m). Zəngəzur silsiləsinin Dəmirlidağ-Göydağ qolunun suayırıcısında zirvə.   Ləkətağ kəndindən 4,2 km cənub-şərqdə, Boyəhməd aşırımından 1,5 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Ləkətağ-Göyçügüvey antiklinalının tağ hissəsində yerləşir. Yamaclarından şimal-şərqcənub-şərq istiqamətli fay və fay-yerdəyişmə qırılmaları keçir. Şimal-qərb yamacında Üst Eosen yaşlı diorit, kvars-diorit tərkibli intruziv kütlə açılır.[1]

Həmçinin bax

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.