Qarovulgədik dağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qarovulgədik dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1441,3 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Qarovulgədik dağıOrdubad rayonu ərazisində dağ (hünd. 1441,3 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Yağlıdərə yüksəkliyindən (hünd. 3825,9 m) cənub-qərbə ayrılan Girdəni-Xəzəryurd qolunun eyni istiqamətli Yoxuş ayrılmasının qurtaracağında zirvə. Düylünçayın sol sahilində, Çənnəb kəndindən 700 m-dək cənub-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının şimal-şərq qanadında.[1]

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.

Həmçinin bax