Quşqayası (dağ)

Quşqayası dağıŞahbuz rayonu ərazisində dağ (hünd. 1757,7 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan eyniadlı ayrılmasının qurtaracağında zirvə. Şahbuzkənddən 3 km cənub-qərbdədir. Orta Eosenin LütetBarton mərtəbələrinə aid Alt və Orta Paradaş lay dəstələrinin terrigen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Mərəlik-Göynük sinklinalının şimal-şərq qanadında yerləşir. Qərb yamacından  submeridional istiqamətli fay-yerdəyişmə qırılması keçir.[1]

Quşqayası dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1757,7 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.