Aqlar silsiləsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Aqlar silsiləsi
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1224 m
Yerləşməsi
39°17′59″ şm. e. 45°37′40″ ş. u.
Ölkə  Azərbaycan
Vilayət
Aqlar silsiləsi xəritədə
Aqlar silsiləsi
Aqlar silsiləsi

Aqlar silsiləsiCulfa rayonu ərazisində cənub-şərq yamacı sıldırımlı alçaqdağlıq silsilə. Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin şimal istiqamətli Şahqaraş qolundan şərqə ayrılan eyniadlı şaxəsinin qurtaracağında tirə. Aydaş silsiləsinin şimal-qərb qurtaracağında yerləşərək Qaradərəçayın adsız sağ qolları arasında şimal-şərq istiqamətində uzanır. Ən yüksək zirvəsinin hündürlüyü 1224,0 m, ümumi uzunluğu 2,5 km-ə yaxındır. Alt Eosenin İpr mərtəbəsinə aid Arısu və Gilançay lay dəstələrinin, şimal-qərb yamacında isə həmçinin Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin çökmə və qismən vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikinci dərəcəli Aydaş maili sinklinalını eninə kəsir.[1]

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.

Həmçinin bax