Aydaş silsiləsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Aydaş silsiləsi
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1160,0 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Vilayət

Aydaş silsiləsiCulfa rayonu ərazisində cənub-qərb yamacı sıldırımlı alçaqdağlıq silsilə. Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin şimal istiqamətli Şahqaraş qolundan şərqə ayrılan Ağlar şaxəsinin eyniadlı ayrılması. Qaradərəçayın sağ sahili boyu onun sağ qolları arasında şimal-qərb istiqamətində uzanır. Ən yüksək zirvəsinin hünd. 1160,0 m, ümumi uzunluğu 4 km-dir. Alt Eosenin İpr mərtəbəsinə aid Arısu və Gilançay lay dəstələrinin çökmə və qismən də vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikinci dərəcəli eyniadlı maili sinklinalın cənub-qərb qanadında yerləşir.[1]

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.

Həmçinin bax