Gülümgülüm dağı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Gülümgülüm dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 2187,3 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Gülümgülüm dağı – Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ (hünd. 2187,3 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Qazangöldağ yüksəkliyindən (3829,2 m) şimal-qərbə ayrılan Ağdağ qolunun cənub-qərbə istiqamətlənmiş Ələngəzdağ şaxəsinin qurtaracağında, Gilançayla Nəsirvazçayın suayırıcısında zirvə. Nəsirvaz kəndindən 0,8 km qərbdədir. Alt Eosen yaşlı bazalt-andezit-dasit-riolit formasiyasına aid andezit-dasitlərdən təşkil ölünmüş və sönmüş vulkan boğazına cavab verən, cənub yamacı sıldırımlı, günbəzvari yüksəklikdir. Yamaclarında Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurları açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahında müşahidə edilən Ələhi antiklinalının maqmatik kütlə ilə yarılmış tağ hissəsində yerləşir. Zirvə hissəsindən və yamaclarından şimal-şərq və şimal-qərb istiqamətli fay qırılması keçir.[1]

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.

Həmçinin bax