Eltun Əliyev
Eltun Əliyev | |
---|---|
Eltun Elnur oğlu Əliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qarayeri, Samux, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Suqovuşan, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Sumqayıt Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020, 2020, 2021 |
Eltun Elnur oğlu Əliyev (29 avqust 2001; Sumqayıt, Azərbaycan — 16 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Mündəricat
Həyatı[redaktə | mənbəni redaktə et]
Eltun Əliyev 2001-ci il avqustun 29-da Sumqayıt şəhərində anadan olub. 2019-cu ildə Sumqayıt şəhəri 24 saylı orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb.[2]
Hərbi xidmətləri[redaktə | mənbəni redaktə et]
Eltun cəbhənin Tərtər istiqamətində yerləşən N saylı hərbi hissədə – ön xəttdə baş atıcı olaraq xidmət edib.[3]
2020-ci il sentyabrın 31-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Eltun Əliyev Talış Madagizin azad edilməsində savaşıb. 19 oktyabr 2020-ci il tarixində düşmən gülləsindən şəhid olub.[4] Sumqayıt Şəhidlər Xiyabanı'nda dəfn olunub.[5][6]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltun Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltun Əliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[8]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Eltun Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[9]
Təltifləri[redaktə | mənbəni redaktə et]
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[10]
- (18.12.2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)[11]
- (24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)[9]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 21.10.2021. 2021-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21.10.2021.
- ↑ "Şəhid Eltun Əliyev". 2022-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-17.
- ↑ "Düşmənə qan udduran şəhid Eltun Əliyev". 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-17.
- ↑ "19 yaşlı şəhidin atası: "Döyüş yoldaşları deyirlər ki, Eltun düşmənə qan uddururdu"". 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-17.
- ↑ "Şəhid Eltun Əliyev: şəhidlik zirvəsinə uçalmasından bir il ötür". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-17.
- ↑ "Qubadlı musiqi məktəbinin kollektivi şəhid Eltun Əliyevin ailəsini ziyarət edib". 2021-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-17.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". 18.12.2020. 2020-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
- ↑ 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı) ( (az.)). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 18.12.2020. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
- 29 avqustda doğulanlar
- 2001-ci ildə doğulanlar
- 19 yaşında vəfat edənlər
- 16 oktyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Cəsur döyüşçü" medalı ilə təltif edilənlər
- "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar
- Suqovuşanda (Ağdərə) vəfat edənlər
- Sumqayıtda doğulanlar
- Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunanlar