Yunis Əliyev (əsgər)

Yunis Zaur oğlu Əliyev (19 yanvar 2000, Bakı5 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Yunis Əliyev
Yunis Zaur oğlu Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 19 yanvar 2000(2000-01-19)
Doğum yeri
Vəfat tarixi 5 oktyabr 2020(2020-10-05) (20 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Milliyyəti Azərbaycan Azərbaycanlı
Atası Zaur Əliyev
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Ağdərə döyüşləri
 • Madagizin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020

Yunis Əliyev 19 yanvar 2000-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Laçın rayonunun Səfiyan kəndindən idi. Təhsilini əvvəl Suraxanı rayonu Bülbülə qəsəbəsi 232 saylı məktəbdə, daha sonra 327 saylı tam orta məktəbdə almışdır. Uşaq yaşlarından hərbə və idmana böyük həvəsi olub.[2][3]

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Təhsilini bitirdikdən sonra Suraxanı rayonu hərbi komissarlıqdan çağırışla 24 yanvar 2020-ci ildə hərbi xidmətə getmişdir. Hərbi xidmətini Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində, daha sonra Tap Qaraqoyunlu kəndində davam etdirmişdir. Hərbi xidmətdə pulemyot kalaşnikov avtomatının təlimini keçmişdir. 27 sentyabr 2020-ci ildə, İkinci Qarabağ müharibəsi başladıqda ön cəbhədə düşmənlə üz-üzə vuruşmağa başlayıb. 3 oktyabr 2020-ci ildə Suqovuşan'ın işğaldan azad olunmasında da böyük şücaət göstərib, həmçinin yaralı əsgərlərə yardım etməsi ilə seçilmişdir. Baş atıcı olaraq fəallığı ilə seçilərək düşmənin neçə-neçə texnikasini və canlı qüvvəsini məhv etmişdir. Son dəfə ailəsi ilə şəhid olmamışdan bir neçə gün öncə danışmış, ondan nigaran qalmamalarını, hər şeyin yaxşı olduğunu söyləmişdir. 5 oktyabr 2020-ci ildə Ağdərədə gedən döyüşlərdə, Batambara meşəsində çiyin-çiyinə döyüşdüyü dostlarını müdafiə edərkən və döyüş tapşırığını layiqincə yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Suraxanı rayonu Bülbülə qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunub.[2][3]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yunis Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. 1 2 Sitat səhvi: Yanlış <ref> teqi; AZ adlı istinad üçün mətn göstərilməyib
  3. 1 2 Sitat səhvi: Yanlış <ref> teqi; ZA adlı istinad üçün mətn göstərilməyib
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]