Nicat İmamverdiyev

Nicat Məhərrəm oğlu İmamverdiyev (19 fevral 2002; Şəki, Azərbaycan — 21 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Nicat İmamverdiyev
Nicat Məhərrəm oğlu İmamverdiyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şəki, Azərbaycan
Vəfat tarixi (25 yaşında)
Vəfat yeri Tərtər, Azərbaycan
Vəfat səbəbi Şəhid
Dəfn yeri Şəki
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020, "Suqovuşanın azad olunmasına görə" medalı — 2021, "Cəsur döyüşçü" medalı — 2021

Əli İbrahimov 19 fevral 1995-ci ildə Şəkidə dünyaya gəlib.[2] Ailənin tək övladi olub.

2001-ci ildə Şəki şəhər 1 saylı tam orta məktəbin 1-ci sinfinə gedib, 2010-cu ildə həmin məktəbin 9-cu sinfini bitirib. Elə həmin il Şəki şəhər 1 saylı Texniki Peşə məktəbinə qəbul olub və 2013-cü ildə həmin məktəbi elektrik qaz qaynaqçısı ixtisası üzrə bitirib. Həmin məktəbdə oxuyan zaman paralel olaraq avtomobil təmiri sexində usta köməkçisi kimi çalışıb.[3]

Hərbi xidmətləri

[redaktə | mənbəni redaktə et]

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Nicat İmamverdiyev Talış Madagizin azad edilməsində savaşıb. 14 oktyabr 2020-ci ildə Tərtər istiqamətində şəhid olub. Şəkinin "Yuxarıbaş" qəbiristanlığında dəfn edilib.[4]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat İmamverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nicat İmamverdiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[6]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nicat İmamverdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[7]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 21.10.2021. 2021-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21.10.2021.
  2. "Şəhid Nicat İmamverdiyev". 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-23.
  3. "Şəki şəhidləri: İki evin iki tək övladı". 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-23.
  4. "Şəki şəhidləri". 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-23.
  5. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  6. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı) (az.)). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  7. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". 24.06.2021. 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.07.2021.
  8. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.