Denis Aleksandr oğlu Əliyev (doğum adı: Denis Aleksandroviç Pronin; (26 may 1989, Xətai rayonu – 6 oktyabr 2020, Cəbrayıl rayonu)) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Denis Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | Денис Александрович Пронин |
Doğum tarixi | 26 may 1989(1989-05-26) |
Doğum yeri | Xətai rayonu, Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 6 oktyabr 2020(2020-10-06) (31 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Denis Əliyev 1989-cu il mayın 26-da Xətai rayonunda anadan olub.[1] Milliyyətcə rus idi. 1995-2006-cı illərdə Xətai rayonunda T. Bağırov adına 59 nömrəli tam orta məktəbində təhsil alıb. Ailəli idi. 8 yaşlı bir qızı yadigar qaldı.
Azərbaycan Ordusunun əsgəri olan Denis Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Denis Əliyev oktyabrın 6-da Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Xətai rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Denis Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Denis Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Denis Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]