Fərid Əliyev (əsgər, 1994)

Fərid Pirəli oğlu Əliyev (14 avqust 1994; Səbail rayonu, Bakı, Azərbaycan5 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Fərid Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Səbail rayonu, Bakı, Azərbaycan
Vəfat tarixi (26 yaşında)
Vəfat yeri Şuşa, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Pirəli Əliyev
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2012—2014 / 2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Qubadlının azad edilməsi
 • Şuşanın azad edilməsi
Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2022 "Vətən uğrunda" medalı — 2020"Cəsur döyüşçü" medalı — 2020"Cəbrayılın azad olunmasına görə" medalı — 2020"Şuşanın azad olunmasına görə" medalı — 2020

Fərid Əliyev 14 avqust 1994-cü ildə Bakı şəhərinin Səbail rayonunda Pirəli Əliyevin ailəsində anadan olmuşdur.[1] 2000-2011-ci illərdə Bakı şəhəri, Səbail rayonu Hüseyn Cavid adına 132 saylı tam orta məktəbdə, sonra isə 17 saylı Texniki Peşə Liseyində təhsil almışdır. Hərbi xidmətini başa vurduqdan sonra "AÇKO" MMC-də əmək fəaliyyəti göstərmişdir. 2018-ci ildə ailə həyatı quran Fərid Əliyevin evliliyindən bir oğlu və bir qızı var. İçərişəhərdə yaşayıb.[2][3]

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Fərid Əliyev 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Səbail rayon üzrə Hərbi Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə atıcı vəzifəsində müddətli həqiqi hərbi xidmət etmişdir. 2014-cü ildə hərbi xidmətdən tərxis olunmuşdur.

2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamışdır. Fərid Əliyev səfərbər olunaraq hərbi təlim toplantılarına çağırılmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Fərid Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü baş rabitəçi olaraq iştirak etmişdir. Cəbrayılın, QubadlınınŞuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Fərid Əliyev 5 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərid Əliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[5]

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Fərid Əliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[6]

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Fərid Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[7]

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən Fərid Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.[7]

2023-cü ildə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən küçələrdən birinə şəhid Fərid Əliyevin adı verildi. 11 Aprel 2023 tarixində küçənin açılış mərasimi keçirildi.[11]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. "Şəhid Fərid Əliyev şərəfli döyüş yolu keçib". 2023-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-30.
  3. "İkinci Qarabağ müharibəsi şəhidi — İçərişəhər sakini Fərid Əliyev". 2023-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-30.
  4. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". 24.06.2021. 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.07.2021.
  6. Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05.11.2021-ci il tarixli Sərəncamı". www.president.az. 05.11.2021. 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.11.2021.
  7. 1 2 3 4 Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (az.). 05.11.2022. Archived from the original on 2022-11-06. İstifadə tarixi: 06.11.2022.
  8. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  9. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". 24.06.2021. 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.07.2021.
  10. Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05.11.2021-ci il tarixli Sərəncamı". www.president.az. 05.11.2021. 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.11.2021.
  11. "İçərişəhərdə küçəyə İkinci Qarabağ müharibəsi şəhidinin adı verildi". ORDU.AZ (az.). 11.04.2023. 2023-04-11 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]