İbrahim Şamil oğlu Cəfərov (13 yanvar 1998; Yenigün, Ağstafa rayonu — 7 noyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
İbrahim Cəfərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Yenigün, Ağstafa rayonu, Azərbaycan |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Azərbaycan |
Dəfn yeri | Yenigün |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019—2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi • Qubadlının azad edilməsi |
Təltifləri | 2020 |
İbrahim Cəfərov 1998-ci il yanvarın 13-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub.[1] 2004–2015-ci illərdə İ. Həsənov adına Qaçaq Kərəm kənd tam orta məktəbində, 2015–2019-cu illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakültəsində təhsil alıb. Subay idi.
İbrahim Cəfərov 2019–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İbrahim Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İbrahim Cəfərov oktyabrın 20-də Qubadlının azad edilməsi zamanı ağır yaralanıb. 18 gün koma vəziyyətində qalıb. İbrahim Cəfərov noyabrın 7-də şəhid olub. Ağstafa rayonunun Yenigün kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]