Sadiq Əli oğlu Həsənov (14 sentyabr 1986; Naxçıvan, Azərbaycan SSR — 20 oktyabr 2020; Zəngilan rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi.
Sadiq Həsənov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Azərbaycan SSR |
Vəfat tarixi | (34 yaşında) |
Vəfat yeri | Zəngilan rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2008—2020 |
Rütbəsi | Mayor |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi • Cəbrayılın azad edilməsi • Zəngilanın azad edilməsi |
Təltifləri |
Sadiq Həsənov 1986-cı il sentyabrın 24-də Naxçıvan şəhərində anadan olub.[1] 1992–2000-ci illərdə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə, 2000–2003-cü illərdə Cəmşid Naxçıvanski adına Naxçıvan Hərbi Liseyində, 2003–2007-ci illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2007-ci ilin iyul ayından 2008-ci ilin iyun ayınadək Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində dinləyici kimi iştirak edib. Ailəli idi. Lalə və İnci adlı qızları yadigar qaldı.
Sadiq Həsənov ali hərbi məktəbi bitirdikdən sonra 2008-ci ildə "leytenant" rütbəsi ilə hərbi vəzifəyə başlayıb. Müxtəlif hərbi hissələrdə motoatıcı taqım komandiri, tank əleyhinə taqım komandiri, nizami hissə rəisi, qərargah rəisinin şəxsi heyəti-uçotu üzrə köməkçisi, xüsusi təyinatlı hərbi hissədə qərargah rəisinin köməkçisi kimi xidmət edib.
Sadiq Həsənov 2020-ci ilin aprel ayından "N" saylı hərbi hissədə təlim-tərbiyə işləri üzrə rəis müavini kimi qulluq edirdi.
Azərbaycan Ordusunun mayoru olan Sadiq Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Hadrutun, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sadiq Həsənov oktyabrın 20-də Zəngilanın azad edilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Həsənov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Həsənov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sadiq Həsənov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sadiq Həsənov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[6]