İlqar Yaşar oğlu Hüseynov (17 yanvar 2001; Qazax, Azərbaycan - 28 sentyabr 2020; Ağdam, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
İlqar Hüseynov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qazax, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Ağdam, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Ağdam döyüşləri |
Təltifləri | 2020 2020 |
İlqar Hüseynov 2001-ci il yanvarın 17-də Qazax rayonunda anadan olub.
2008-2017-ci illərdə Qazax rayonunda Q.Hacımahmudova adına ümumi orta məktəbdə təhsil alıb.
2017-2020-ci illərdə Qazax Dövlət Sosial-İqtisadi Kollecində elektrik təchizatı ixtisası üzrə təhsilini davam etdirib. Subay idi.
İlqar Hüseynov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Ordusunun əsgəri İlqar Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdam istiqamətində gedən döyüşlərdə vuruşub.
Sentyabrın 28-də Ağdam rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Qazax rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlqar Hüseynov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]