Kamran Qılman oğlu Fərəcov (14 yanvar 1978, Səncərədi, Astara rayonu – 21 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi.
Kamran Fərəcov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Səncərədi, Astara rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (42 yaşında) |
Vəfat yeri | Qubadlı rayonu, Azərbaycan |
Dəfn yeri | Səncərədi |
Vətəndaşlığı | Azərbaycan |
Həyat yoldaşı | Nuranə Fərəcova |
Uşaqları | Şəms, Dəniz |
Atası | Qılman Fərəcov |
Anası | Rəviyyə Əliyeva |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2018–2020 |
Rütbəsi | Mayor |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Qubadlının azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Kamran Fərəcov 1978-ci il yanvarın 14-də Astara rayonunun Səncərədi kəndində anadan olub.[1] Ailəli idi. 2 qızı yadigar qaldı.
Azərbaycan Ordusunun kapitanı olan Kamran Fərəcov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamran Fərəcov oktyabrın 21-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Astara rayonunun Səncərədi kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Fərəcov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Fərəcov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Fərəcov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[4]