Anar Allahverdi oğlu Əmirov (29 dekabr 2000, Bulaqlı, Sabirabad rayonu – 20 oktyabr 2020, Zəngilan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, Vətən Müharibəsi şəhidi.
Anar Əmirov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bulaqlı, Sabirabad rayonu, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Zəngilan rayonu |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Füzuli rayonu |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ Müharibəsi • Zəngilanın azad edilməsi |
Təltifləri | 2020 2020 |
Anar Əmirov 29 dekabr 2000-ci ildə Sabirabad rayonunun Bulaqlı kəndində anadan olmuşdur.[1] Əslən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan Anar Sabirabad rayon Şəhriyar qəsəbəsində 12 saylı Cəbrayıl tam orta məktəbində təhsil almışdır.
Hərbi xidmətini başa vurduqdan sonra yenidən müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına qoşulmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, oktyabrın 20-də Zəngilan istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Füzuli rayonunun Qazaxlar kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Əmirov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]