İbrahim Abdulla oğlu İbrahimov (10 oktyabr 1999; Bakı, Azərbaycan - 9 noyabr 2020; Şuşa, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
İbrahim İbrahimov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı,Azərbaycan |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Şuşa, Azərbaycan |
Dəfn yeri | Binəqədi qəbiristanlığı |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019-2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi • Qubadlının azad edilməsi • Zəngilanın azad edilməsi • Hadrut döyüşləri • Şuşanın azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
İbrahim İbrahimov 1999-cu il oktyabrın 10-da Bakı şəhərində anadan olub.[1]
2007-2018-ci illərdə Bakı şəhərində 205 saylı tam orta məktəbdə təhsil alıb.
2018-ci ildə Sumqayıt Dövlət Texniki Kollecinə qəbul olub.
Subay idi.
İbrahim İbrahimov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Ordusunun əsgəri olan İbrahim İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsinə qoşulub.
İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib.
Noyabrın 8-də Şuşa istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərib.
Noyabrın 9-da Şuşa şəhəri yaxınlığında snayper gülləsinə tuş gəlib şəhid olub.
Noyabrın 12-də Bakı şəhərində Binəqədi qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim İbrahimov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İbrahim İbrahimov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]