İlqar Elçin oğlu İbrahimov (25 iyun 2002; Taxtanəkəran, Astara rayonu, Azərbaycan – 3 oktyabr 2020; Suqovuşan, Ağdərə rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
İlqar İbrahimov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Taxtanəkəran, Astara rayonu, Azərbaycan |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Suqovuşan, Ağdərə rayonu, Azərbaycan |
Dəfn yeri | Taxtanəkəran |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Elçin İbrahimov |
Anası | Tünzalə İbrahimova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Vəzifəsi | Baş Atıcı |
Döyüşlər | İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri |
İlqar İbrahimov 25 iyun 2002-ci ildə Astara rayonunun Taxtanəkəran kəndində anadan olub.[1] 2008–2019-cu illərdə Elşən Baxşıyev adına Rinə tam orta məktəbində təhsil alıb. 2020-ci ilin iyulunda həqiqi hərbi xidmətə çağrılıb.
Azərbaycan Ordusunun əsgəri olan İlqar İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlqar İbrahimov oktyabrın 3-də Madagizin azad edilməsi zamanı həlak olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən əsgər İbrahimov İlqar Elçin oğlu ölümündən sonra "Vətən uğrunda" medalı, "Cəsur döyüşçü" medalı, "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.