Taleh Ədalət oğlu Salamov (16 yanvar 1992, Xırt, Quba rayonu – 1 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.
Taleh Salamov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 yanvar 1992(1992-01-16) |
Doğum yeri | |
Vəfat tarixi | 1 oktyabr 2020(2020-10-01) (28 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Kiçik çavuş |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Taleh Salamov 1992-ci il yanvarın 16-da Quba rayonunun Xırt kəndində anadan olub.[1]
Azərbaycan Ordusunun kiçik çavuşu olan Taleh Salamov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Taleh Salamov oktyabrın 13-də Madagizin azad edilməsi zamanı şəhid olub. Quba rayonunun Xırt kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Salamov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Salamov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Salamov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[4]