Fərhad Məhərrəm oğlu Babayev (30 yanvar 1992; Bakı - 24 oktyabr 2020; Qubadlı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Fərhad Babayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vəfat tarixi | (28 yaşında) |
Vəfat yeri | Qubadlı, Azərbaycan |
Dəfn yeri | Siyəzən, Azərbaycan |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2010 -2011, 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | Füzulinin azad edilməsi, Xocavəndin azad edilməsi, Qubadlının azad edilməsi |
Təltifləri | 2020, 2020 |
Babayev Fərhad Məhərrəm oğlu 30 yanvar 1992 ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Suraxanı rayonu 278 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2009-cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2010-cu il yanvar ayında həqiqi hərbi xidmətə yollanmışdır. 2011-ci ilin iyul ayında hərbi xidmətini bitirmişdir. Hərbi xidməti bitirdikdən sonra özəl sektorda sürücü vəzifəsində işləmişdir.
2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, 28 sentyabr 2020 ci il tarixində SHXÇDX-ın Suraxanı bölməsi tərəfindən səfərbər edilmişdir.Füzulinin azad edilməsi, Xocavəndin azad edilməsi, Qubadlının azad edilməsi döyüşlərində iştirak etmişdir. 24 oktyabr 2020 ci il tarixində Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərhad Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[1] , Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərhad Babayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[2] Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərhad Babayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
1.https://www.bbc.com/azeri/azerbaijan-55234647