Nicat Həsən oğlu Əhmədov (22 sentyabr 1998, Xətai rayonu – 6 oktyabr 2020, Cəbrayıl) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1][2]
Nicat Əhmədov | |
---|---|
Nicat Həsən oğlu Əhmədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 sentyabr 1998 |
Doğum yeri | |
Vəfat tarixi | 6 oktyabr 2020 (22 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Keşlə qəsəbəsi Şəhidlər xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Fizuli döyüşləri • Cəbrayılın azad edilməsi |
Təltifləri |
Nicat Əhmədov 1998-ci il sentyabrın 22-si Bakı şəhəri Xətai rayonunda anadan olmuşdur. Onun ailəsi 1989-cu ildə Xankəndindən Bakıya köçmüşdür.[3] Nicat ilk təhsilini 2005-ci ildə Nizami rayonu 62 nömrəli məktəbdə almış, daha sonra təhsilini Nizami rayonu Y.Kavalyov adına 229 nömrəli tam orta məktəbdə davam etdirmişdir. 2016-cı ildə orta məktəbi bitirərək 508 balla Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin Dövlət və İctimai münasibətlər ixtisasına qəbul olmuşdur. İxtisasca diplomat idi.[4][5] Bir bacısı var idi.
Nicat Əhmədov 2020-ci ildə ali məktəbi bitirən kimi, Nicat Əhmədov iyulun 24-də Ağcəbədi rayonuna hərbi xidmətə yola düşdü.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Nicat Əhmədov Füzuli, Cəbrayılın azad edilməsində savaşıb. Nicat Əhmədov oktyabrın 6-da Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.[6][7]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[8]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nicat Əhmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[9]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nicat Əhmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[10]