Yusif Oqtay oğlu Yusifov (31 yanvar 2002, Fəxralı, Goranboy rayonu – 29 oktyabr 2020, Zəngilan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Yusif Yusifov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 yanvar 2002(2002-01-31) |
Doğum yeri | |
Vəfat tarixi | 29 oktyabr 2020(2020-10-29) (18 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi • Füzulinin azad edilməsi • Zəngilanın azad edilməsi |
Təltifləri | 2022 2020 2020 2020 2021 |
Yusif Yusifov 2002-ci il yanvarın 31-də Goranboy rayonunun Fəxralı kəndində anadan olub.[1] 2019-cu ildə Fəxralı kəndindəki T. Sadıqov adına Faxralı kənd tam orta məktəbi bitirmişdir. Subay idi.
2020-ci ilin may ayının 7-də həqiqi hərbi xidmətə yollanmış və hərbi xidmətini Füzuli rayonunda yerinə yetirməyə başlamışdır.
Azərbaycan Ordusunun əsgəri olan Yusif Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azad olması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Onun son döyüşü Zəngilan rayonunun azadlığı uğrunda olub. Yusif Yusifov oktyabrın 29-da Zəngilan uğrunda döyüşlər zamanı şəhid olub. Goranboy rayonunun Fəxralı kəndində dəfn olunub. O, Goranboy rayonundan şəhid olan ən gənc əsgərdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci və 25.12.2020-ci il tarixli Sərəncamlarına əsasən Yusif Yusifov ölümündən sonra "Vətən uğrunda",[2] "Xocavəndin azad olunmasına görə"[3] və "Füzulinin azad olunmasına görə"[4] medalları ilə təltif edilmişdir.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Yusif Yusifov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[5]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu - əsgər Yusif Yusifov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[6]