Emil Vaqif oğlu İsgəndərov (5 avqust 1990; Sumqayıt, Azərbaycan SSR — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Emil İsgəndərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt, Azərbaycan SSR |
Vəfat tarixi | (30 yaşında) |
Vəfat yeri | Şuşa rayonu, Azərbaycan |
Dəfn yeri | Sumqayıt Şəhidlər Xiyabanı |
Vətəndaşlığı |
![]() |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü |
![]() |
Xidmət illəri | 2011—2020 |
Rütbəsi |
![]() |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri |
![]() ![]() |
Emil İsgəndərov 1990-cı il avqustun 5-də Sumqayıt şəhərində anadan olub.[1] Əslən Qubadlı rayonundan idi. Ailəli idi. 2017-ci il doğumlu İbrahim və 2020-ci il doğumlu Nicat adında 2 oğlu yadigar qaldı.
Emil İsgəndərov 2008–2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2011-ci ildən isə DİN Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri olan Emil İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Emil İsgəndərov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil İsgəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil İsgəndərov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]