Saleh Mustafa oğlu Məmmədov (9 fevral 1995; Şəki rayonu, Azərbaycan — 24 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.
Saleh Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Aşağı Göynük, Şəki, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Qubadlı rayonu, Azərbaycan |
Dəfn yeri | Aşağı Göynük, Şəki, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Baş çavuş |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi • Qubadlının azad edilməsi |
Təltifləri |
Saleh Məmmədov 1995-ci il fevralın 9-da Şəki rayonunun Aşağı Göynük kəndində anadan olub.[1]
Azərbaycan Ordusunun baş çavuşu olan Saleh Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Saleh Məmmədov oktyabrın 24-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Şəki rayonunun Aşağı Göynük kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Məmmədov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[3]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Məmmədov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Məmmədov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[6]