Siyasət Akif oğlu Mustafayev (2 may 1996, Pirəyir, Ağdaş rayonu – 28 sentyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.
Siyasət Mustafayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 may 1996(1996-05-02) |
Doğum yeri | |
Vəfat tarixi | 28 sentyabr 2020(2020-09-28) (24 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2014-cü ildən |
Rütbəsi | Kiçik çavuş |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 2020 |
Siyasət Mustafayev 1996-cı il mayın 2-də Ağdaş rayonunun Pirəyir kəndində anadan olub.[1] Nişanlı idi.
Siyasət Mustafayev 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında əvvəlcə müddətli, sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Siyasət Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Siyasət Mustafayev sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub. Ağdaş rayonunun Pirəyir kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Siyasət Mustafayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Siyasət Mustafayev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[3]