Nazim Feyruz oğlu Hacıyev (16 dekabr 1995; Şərədil, Şamaxı rayonu, Azərbaycan — 14 oktyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Nazim Hacıyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şərədil, Şamaxı rayonu, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Tərtər, Azərbaycan |
Dəfn yeri | Şərədil |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2014—2015; 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi • Ağdərə döyüşləri |
Təltifləri | 2020 |
Nazim Hacıyev 1995-ci il dekabrın 16-da Şamaxı rayonunun Şərədil kəndində anadan olub.[1] 2002-2013-cü illərdə H.Həmidov adına Şərədil kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Nazim Hacıyev 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Ordusunun əsgəri olan Nazim Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib.
Nazim Hacıyev oktyabrın 14-də Madagizin azad edilməsi zamanı şəhid olub. Şamaxı rayonunun Şərədil kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazim Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]